"Sberbank" Türkiyədəki biznesini satmayacaq

"Sberbank" Türkiyədəki biznesini satmayacaq
18:27 22 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Rusiya "Sberbank"ı Türkiyədəki biznesini satmağı düşünmür. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Bankın Prezidenti və İdarə Heyətinin sədri German Qref bəyan edib.
G.Qref Türkiyənin dayanıqlı iqtisadi artım göstərdiyini və inkişaf perspektivləri gördüyünü bildirib.
Xatırladaq ki, "Sberbank"ı Türkiyədə "Dənizbank" təmsil edir və bu bank "Sberbank"ın xaricdə olan törəmə bankları arasında ən yüksək mənfəətə sahibdir. Xatırladaq ki, "Sberbank"ın Rusiya xaricində 22 ölkədə törəmə bankı mövcuddur.
Qeyd edək ki, bugünkü açıqlamalarında G.Qref "Sberbank" ona qarşı tətbiq edilən sanksiyalar səbəbindən bir sıra Avropa ölkəsində fəaliyyətini dayandırmağı planlaşdırdığını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/sberbank-turkiyedeki-biznesini-satmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR