Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib

Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib
18:57 22 Sentyabr 2017
135 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib. 
“Report” xəbər verir ki, bədii hissədən sonra yarışın Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov açılış sözü ilə çıxış edib.
O bildirib ki, Avropanın ən güclü komandaları Bakıya toplaşıb. Y.Eyyubov Azərbaycanın bütün tədbirəri, o cümlədən idman təbdirlərini yüksək səviyyədə keçirməyə qadir olduğunu deyib: “Odlar yurdu Azərbaycana gələn bütün qonaqları salamlayıram. Rusiya, Ukrayna, Türkiyə, Bolqarıstan, Macarıstan, Polşa və Almaniya yığmalarına “Azərbaycana xoş gəlmisiniz” deyirəm. Bu gün Azərbaycan bütün tədbirəri, o cümlədən idman təbdirlərini yüksək səviyyədə keçirməyə qadirdir. Bunun sübutu olaraq Formula 1 üzrə Azərbaycan Qran Prisini, I Avropa Oyunlarını, Bakı Şahmat Olimpiadasını qeyd edə bilərəm. 2019-cu ildə futbol üzrə Avropa Liqasının final vəi 2020-ci ildə Avropa çemionatının qrup oyunları da Bakıda təşkil olunacaq”.
Y.Eyyubov Təşkilat Komitəsi adından qadın voleybolçular arasında Avropa çempionatını yüksək səviyyədə keçirəcəklərinə əminliyini ifadə edib: “Yarışda Azərbaycan yığmasının uğurlu çıxış edəcəyinə ümidvarıq. Azərbaycan volyebolu böyük yüksəliş yolu keçib. Komandamız Avropa Liqasının qalibi olub, dünya Qran Prisinə vəsiqə qazanıb. Bütün voleybol ictimaiyyətini təbrik edirəm. Avropa çempionatını açıq elan edirəm”.
Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək turnirin A və C qrupunun görüşləri, eləcə də yarımfinal və final oyunları Bakıda, Milli Gimnastika Arenasında olacaq. D qrupunda qərarlaşan kollektivlər Göygöldə, Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər. B qrupunun və 1/4 final mərhələsinin matçları isə Gürcüstanın paytaxtı Tbilisidə, Yeni İdman Sarayında baş tutacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/bakida-qadin-voleybolcular-arasinda-avropa-cempionatinin-acilis-merasimi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR