Trampla Ərdoğan razılığa gəlib - Görüşün detalları açıqlandı

ABŞ prezidenti Donald Trampla Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşün detalları açıqlanıb.

Metbuat.az-ın məlumatına görə, tərəflər regional məsələlərin həlli üçün əməkdaşlığın genişləndirilməsi, bütün terror qruplaşmalarına qarşı mübarizənin davam etdirilməsinə dair razılığa gəlib.

Prezidentlər İraqın şimalındakı kürd muxtariyyətinin sentyabrın 25-nə təyin etdiyi referendum qərarına etiraz edərək, belə addımların mənfi nəticələr verəcəyini vurğulayıb.

Sübhan / METBUAT.az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR