Bu ölkənin prezidenti oğlunun öldürülməsi barədə polisə əmr verdi

Daim qalmaqallı bəyanatlarıyla gündəmə gələn Filippin prezidenti Rodriqo Duterte yenə hamını təəccübləndirib.

Metbuat.az-ın məlumatına görə, bu dəfə o oğlu haqda danışıb və bildirib ki, əgər yayılan şaiələr doğru çıxsa yəni oğlunun narkotik ticarətində əli olduğu sübuta yetirilsə onu öldürtəcək. Duterte bəyan edib ki, bu haqda polisə qəti təlimat verib:

"Bu barədə oğlum Paoloya da demişəm. Narkotik ticarətində rolun varsa cəzanı çəkəcəksən.Bunun da cəzası ölümdür".

Sübhan / METBUAT.az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR