Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır

Meksikada baş vermiş 7.1 bal gücündəki zəlzələ nəticəsində ölənlərin sayı 278 nəfərə çatıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə rəsmi dairələr açıqlama verib. Təkcə paytaxt Mexikoda 115 nəfər dağıntılar altında qalaraq həyatını itirib.

Ötən gecə dağıntılar altından daha 11 nəfəri salamat çıxartmaq mümkün olub. Hələ dağıntılar altında çox sayda insan var.

Sübhan / METBUAT.az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR