Vyanada bomba həyəcanı - Sakinlər təxliyyə olundu

Avstriyanın paytaxtı Vyanada 2-ci dünya müharibəsi illərinə aid 250 kq ağırlığında bomba aşkarlanıb.

Metbuat.az-ın məlumatına görə, bomba yeni tikilinin təməlinin qazıntısı zamanı tapılıb.

Xoşbəxtlikdən ağır texnikalar ərazidə iş apararkən bomba partlamayıb. Hazırda bombanın aşkarlandığı bölgəyə yaxın bütün yollarda avtomobillərin hərəkəti qadağan olunub.

Yaxınlıqdakı yaşayış binaları və iş yerlərindəki insanlar ərazidən uzaqlaşdırılıb. Mütəxəssislər bombanın yerindəcə zərərsizləşdirilməsi üçün çalışırlar.  

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR