Hindistan Pakistana hücum etdi - 6 ölü, 26 yaralı

Hindistan ordusu Kəşmirin Pakistanın nəzarətində olan 3 yaşayış məntəqəsinə artilleriya zərbələri endirib.

Metbuat.az-ın məlumatına görə, hücum zamanı 6 dinc insan həyatını itirib. Aralarında uşaq və qadınlar da olmaqla, 26 nəfər yaralanıb. Pakistanlı hərbçilər hücuma dərhal qarşılıq verib.

Qeyd edək ki, Hindistan ordusu Kəşmirdəki dinc insanlara qarşı tez-tez əməliyyatlar həyata keçirir.

Sübhan / METBUAT.az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR