Şəkidə 40 yaşlı qadını ilan sancdı

Şəkidə 40 yaşlı qadını ilan sancdı
23:28 22 Sentyabr 2017
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 40 yaşlı qadını ilan sancıb.

Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, sentyabrın 22-i saat axşam saat 17 radələrində rayonun İkinci Biləcik kənd sakini, 1977-ci il təvəllüdlü Məkkə Camal qızı Əmrahova ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, 40 yaşlı Məkkə Əmrahovanı yaşadığı kəndin inzibati ərazisinə məxsus əkin sahəsində işləyərkən ilan qəfildən onun sağ ayağının baldır nahiyəsindən sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Məkkə Əmrahovaya lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Məkkə Əmrahovanın vəziyyətinin orta-stabil olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/214332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR