XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"
23:47 22 Sentyabr 2017
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Biz Fələstin Dövlətinə münasibətdə artan beynəlxalq dəstəyi görməkdən məmnunuq. Qardaş Fələstin xalqının sülh, sabitlik və inkişaf uğrunda mübarizəsinə Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini davamlı olaraq dəstəkləyir".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin illik əlaqələndirmə görüşündə çıxışı zamanı deyib.
"20-21 iyul 2017-ci il tarixində Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyanın, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İƏT-in və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib. Konfransın yekunu olaraq təşkilatçılar adından qəbul edilmiş Kommunikedə Əl-Əqsa məscidinin bağlanması və orada ibadətə qoyulan məhdudiyyətlər qınanılıb", - deyə o bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/xi-n-rehberi-azerbaycan-felestine-munasibetde-artan-beynelxalq-destekden-memnundur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR