Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb
00:27 23 Sentyabr 2017
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş. 23 sentyabr. REPORT.AZ/ Ağdaşda canavarlar örüşdə otlayan mal-qaraya hücum edib.
"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Aşağı Nemətabad kəndində baş verib.
Nəticədə bir neçə baş iribuynuzlu heyvan tələf olub və yaralanıb. Yırtıcı heyvanlar çoban və sakinlərin hay-küy salmasından sonra qaçıblar.
Zərər çəkmiş heyvan sahiblərindən biri kənddə müvəqqəti məskunlaşmış Ağdam rayonundan məcburi köçkün Sitarə Xəlilova olub. Canavarlar onun bir inəyini parçalayıblar, heyvanlardan bir neçəsi isə yaralanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdasda-canavarlar-orusde-otlayan-mal-qarani-parclayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR