Azərbaycana payız gəlib

Azərbaycana payız gəlib.

  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından Metbuat.az-a verilən məlumata görə, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də qeydə alınıb. 

Bununla da yay fəsli baş çatıb və ölkə ərazisinə payız fəsli daxil olub. 

Qış fəsli isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək. 

Qeyd edək ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:28-də, yay fəslinin gəlişi isə iyunun 21-i Bakı vaxtilə saat 08:24-də qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR