AÇ-2017: İlk gündə 7 oyun - NƏTİCƏLƏR

AÇ-2017: İlk gündə 7 oyun - NƏTİCƏLƏR
01:13 23 Sentyabr 2017
203 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan və Gürcüstanda qadın voleybolçular arasında Avropa çempionatına start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə 7 matç baş tutub.

A qrupunda yer alan Azərbaycan Macarıstana qalib gəlib. Rəqiblərimizdən Polşa isə Almaniyanı məğlub edib.

Milli Gimnastika Arenasında bu 2 görüşlə yanaşı, daha 1 matç oynanılıb. C qrupunda iştirakçılarından Ukrayna Rusiya ilə üz-üzə gəlib. Məhz bu qarşılaşma turnirin açılış görüşü olub.

Tiflisdə mübarizə aparan B qrupunda İtaliya Gürcüstanla, Belarus Xorvatiya ilə münasibətinə aydınlıq gətirib.

D qrupunun iştirakçıları Göygöl Olimpiya İdman Kompleksində yarışıblar. Qrupun ilk matçında Serbiya Çexiya ilə üz-üzə gəlib. Bu qarşılaşmadan sonra isə Hollandiya Belçika ilə gücünü yoxlayıb. (apasport.az)

Avro-2017. Qrup mərhələsi, I tur

22 sentyabr

A qrupu (Bakı)

Macarıstan - Azərbaycan - 0:3 (23:25, 14:25, 16:25)

Polşa – Almaniya - 3:2 (23:25, 25:15, 18:25, 25:23, 15:5)

B qrupu (Tiflis)

İtaliya – Gürcüstan - 3:0 (25:14, 25:11, 25:12)

Belarus – Xorvatiya - 3:2 (10:25, 15:25, 25:21 25:20, 15:9)

C qrupu (Bakı)

Ukrayna – Rusiya - 2:3 (18:25, 25:20, 23:25, 25:23, 13:15)

D qrupu (Gəncə/Göygöl)

Serbiya - Çexiya - 3:0 (25:22, 25:16, 25:23)

Hollandiya – Belçika - 3:1 (23:25, 25:12, 25:21, 25:14)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/214342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR