ABŞ-da ardıcıl iki güclü zəlzələ

ABŞ-da ardıcıl iki güclü zəlzələ
01:18 23 Sentyabr 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatında bir-birinin ardınca iki zəlzələ baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 5,7 maqnitudalı ilk zəlzələ Ferndeyl şəhərindən 204 km qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 9,1 km dərinlikdə yerləşib.

İkinci zəlzələ Ferndeyldən 58 km qərbdə baş verib. 5,6 maqnitudalı zəlzələnin ocağı 4,6 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR