Metronun Memar Əcəmi stansiyası yaxınlığında bıçaqlanma olub

Metronun Memar Əcəmi stansiyası yaxınlığında bıçaqlanma olub
04:47 23 Sentyabr 2017
175 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda yerləşən parkda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, metronun Memar Əcəmi stansiyasının yaxınlığında 1991-ci il təvəllüdlü Məmmədov Elgiz Tofiq oğlu naməlum şəxs və ya şəxslərlə əlbəyaxa dava edib və nəticədə bıçaqlanıb.
Yaralı təcili yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/metronun-memar-ecemi-stansiyasi-yaxinliginda-bicaqlanma-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR