Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb
06:27 23 Sentyabr 2017
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Cəmşid Naxçıvanski küçəsində qeydə alınıb.
23 yaşlı Şahbazov Fərid Vəlhəd oğlu hələlik adı açıqlanmayan tanışı tərəfindən bıçaqla vurulub. O, sol döş qəfəsi nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-genc-oglan-tanisi-terefinden-bicaqlanaraq-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR