Tütünün zərərlərini yox edən effektiv üsullar

Tütünün zərərlərini yox edən effektiv üsullar
07:53 23 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Siqaret bir çox təhlükəli xəstəliklərin yaranmasına səbəb olduğu üçün ən zərərli vərdiş hesab edilir.

Publika.az xəbər verir ki, dünyada hər gün minlərlə insan bu zərərli vərdişdən qurtulmaq üçün cəhd göstərir.

Lakin siqaretdən tamamilə imtina etmədən də vücudu təmiz və sağlam saxlamaq mümkündür. Buna nail olmaq üçün isə sadəcə zəncəfil bitkisindən mütəmadi istifadə etmək lazımdır.

Zəncəfil ağ ciyərləri təmizləyən təbii antioksidan bitkidir. Zəncəfili dəmləyərək suyunu içmək və yaxud dilimləyərək yemək bədəndə olan bütün zərərli maddələrin təmizlənməsinə kömək edir.

Bu bitki həmçinin, bədən ölçülərini formada saxlamaq üçün effektiv vasitədir.

Tərkibi antioksidan maddəsi ilə zəngin olan sarımsaqdan istifadə etmək də siqaret çəkən insanların vücudunu təmizləmək üçün effektiv üsuldur.

Bu bitki, əlavə olaraq, immune sistemini gücləndirir və insanı təhlükəli xəstəliklərə qarşı qoruyur.

Keçibuynuzu bitkisi tütündən istifadə edənlər üçün əvəzedilməz vasitədir. 5 ədəd keçibuynuzunu 1 litr suda qaynadaraq aç qarına içmək siqaretin verdiyi zərərləri tez zamanda yox edir.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/214349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR