Yevlaxda 33 yaşlı kişi yaralı vəziyyətdə su kanalından tapılıb

Yevlaxda 33 yaşlı kişi yaralı vəziyyətdə su kanalından tapılıb
11:57 23 Sentyabr 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax. 23 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda 33 yaşlı kişini ov tüfəngi ilə yaralayaraq su kanalına atıblar.  
"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə sentyabrın 22-dən 23-nə keçən gecə Yevlax rayonunun Havarlı kəndində qeydə alınıb. 
Belə ki, 1984-cü il təvəllüdlü kənd sakini Bəkir Şubay oğlu Bəkirov ov tüfəngi ilə vurulub və daha sonra yaralı vəziyyətdə su kanalına atılıb. Ancaq yaralı xeyli qan itirməsinə baxmayaraq ölməyib və telefonla yaxınlarına xəbər verib. Nəticədə doğmaları onu taparaq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Hazırda cərrahiyyə şöbəsinə yerləşdirilən yaralının durumu ağır olaraq qiymətləndirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
B.Bəkirovun müddətdən artıq xidmət edən hərbi qulluqçu olduğu bildirilir. 
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yevlaxda-33-yasli-kisi-yarali-veziyyetde-su-kanalindan-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR