Vergilər “nazir”inə qarşı SUİ-QƏSD EDİLDİ

Vergilər “nazir”inə qarşı SUİ-QƏSD EDİLDİ
12:13 23 Sentyabr 2017
124 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Donetsk şəhərində “Donetsk Xalq Respublikası” separatçı qurumun “vergilər naziri” Aleksandr Timofeyevə sui-qəsd təşkil edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda separatçı qurumdakı mənbə bildirib.

“İki partlayış baş verib. DXR-in vergilər nazirinə sui-qəsd edilib. Onun vəziyyəti kritikdir”, - agentliyin həmsöhbəti deyib.

Məlumata görə, hadisə Donetskin mərkəzində, Sülh prospektində baş verib. Hazırda hadisə yeri mühasirəyə alınıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR