Azərbaycanlı futbolçu Almaniyada het-trik etdi

Azərbaycanlı futbolçu Almaniyada het-trik etdi
12:47 23 Sentyabr 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun komandası “Dinamo” növbəti matçını keçirib. Fanat.Az xəbər verir ki, Berlin təmsilçisi Almaniyanın Şimal-Şərq Regional Liqasının VIII turunda “Bautzen”i qəbul edib.

 

Görüş həmyerlimizin komandasınnı asan qələbəsi ilə nəticələnib. “Dinamo”nun 5 cavabsız qolla qalib gəldiyi qarşılaşmanın qəhrəmanı məhz Rüfət olub. 14 və 20-ci dəqiqələrdə ilk 2 qola imza atan Dadaşov 59-cu dəqiqədə oyunda son nöqtəni qoyaraq het-trikini rəsmiləşdirib. Yalnız bundan sonra baş məşqçi onu əvəzləyib.

 

Qeyd edək ki, hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Dinamo”nun aktivində 16 xal var.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-futbolcu-almaniyada-het-trik-etdi-t60710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR