Sabah ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfəri başlayır

Sabah ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfəri başlayır
12:52 23 Sentyabr 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 sentyabr. REPORT.AZ/ Sabah ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin regiona rəsmi səfəri başlayır. 
“Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, diplomatın səfəri sentyabrın 30-na davam edəcək. 
K.Vigenin Azərbaycan, Gürcüstan və Ermənistanda hökumət rəsmiləri, parlamentarilər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə regionda uzun müddət davam edən münaqişələrin sıravi insanların həyatına təsiri ilə bağlı müzakirələr aparacaq. 
“Atəşəkəsin pozulması hallarının statistikasını unutmaq çox asandır. Bölgədəki insanlar üçün bu abstrakt məfhum deyil, amma bu, onların rifahına gerçək təsir edir. Ümid edirəm ki, uzun müddət davam edən münaqişələrin insan həyatrına təsiri diqqət mərkəzində olacaq”, - deyə K.Vigenin deyib. 
Onun sözlərinə görə, parlamentarilərin danışıqları münaqişənin həllində əhəmiyyətli rol oynaya bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sabah-atet-parlament-assambleyasinin-cenubi-qafqaz-uzre-xususi-numayendesinin-bakiya-seferi-baslayi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR