4:1 Qurban Qurbanova nə verdi? - 25+225...

4:1 Qurban Qurbanova nə verdi?  - 25+225...
13:47 23 Sentyabr 2017
130 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının VI turunun açılış matçı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Fanat.Az-ın hesablamalarına görə, "Sumqayıt"la dueldə (4:1) 45 yaşlı mütəxəssis yubiley - 250-ci qələbəsini qazanıb.

 

Peşəkar karyerasına 2007-ci ildə "Neftçi"də başlayan ölkənin ən uğurlu çalışdırıcısı 443-cü oyununda 250-yə qovuşub. Hazırda onun hesabında 111 heç-heçə və 82 yenilgi də var. 

 

Qələbələrindən 25-ni Bakı təmsilçisində görən Qurbanov son turda "Qarabağ"ın baş məşqçisi postunda 225-ci uğuruna imza atıb.

 

250 qələbədən 186-sı ölkəmizin elitasında qeydə alınıbsa, avrokuboklarda və Azərbaycan Kubokunda nailiyyət sayı eynidir – hərəsində 32. 

 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-41-qurban-qurbanova-n-verdi-t60714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR