Bakıda metronun qarşısında ölüm...

Bu gün Bakıda yaşlı kişi küçədə ölüb.

Hadisə saat 13:30 radələrində Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyasının çıxışında orta yaşlı kişi qəfil yerə yıxılıb. Ətrafdakı şəxslərin köməyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə təcili yardım briqadası çağırılıb. Ölən şəxsin kimliyi müəyyənləşdirilib. O, 1951-ci il təvəllüdlü Bakı şəhər sakini Babayev Fikrət Məmməd oğludur. 

Hadisə şahidləri F. Babayevin infarkt keçirdiyini bildirib. Şəxsin ölümüylə bağlı ailəsinə xəbər verilib. //Azvision.az

"MOYKA"da rəzalət - işçini oturacağa bağlayıb... - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR