Məşhur aktyor həyat yoldaşı Bergüzar Korel haqqında görün nə dedi?

Məşhur aktyor həyat yoldaşı Bergüzar Korel haqqında görün nə dedi?
13:58 23 Sentyabr 2017
453 Şou
Ölkə mətbuatı
A- A+

"İllər əvvəl münasibətimiz başlayanda hər kəs ağzının suyunu axıdaraq bizə hücüm edirdi. Bunu bir müsahibəmdə danışmışdım. Əsl adam bir dəfə deməklə başa düşərdi, amma bu gün bu qədər il sonra hələ də haqqımızda çirkin iddialar danışılırsa, deməli, vəziyyəti düzgün izah etməmişəm. Xanımlar və bəylər yenidən söyləyirəm ki, mən ilk həyat yoldaşımdan Bergüzara görə ayrılmadım".

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Halit Ergenç instaqramda yazıb. Aktyor həyat yoldaşı Bergüzar Korel haqqında yaylan çirkin iddialara cavab verib:

"Bunun Bergüzarla zərrə qədər əlaqəsi yoxdur. Rəsmən və anlaşma yolu ilə boşandıqdan sonra belə çətinliklər olacağını bilə-bilə sevgili olduq. Durub “Belə eşitmişəm, elə eşitmişəm” kimi dedi-qodulara inanamaq iş deyil. Lütfən bir az sayğı göstərin. Bergüzar Korel mənim 8 illik həyat yoldaşımdır, oğlumuz Əlinin anasıdır, ən dəyərlim, ən sevdiyimdir. Hər zaman... Bu tərz şayiələri inkar edirəm, son dərəcə haqsızlıqdır və bunu şiddətlə qınayıram”.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/214393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR