Gürcüstandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib

Gürcüstandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib
14:17 23 Sentyabr 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada xəttinə Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama aparılıb. 
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Məlumata görə, Yoxlama zamanı həmin şəxsin əynindəki şalvarın arxa cibindən bitki yarpağına bükülü vəziyyətdə, qablaşdırılması ilə birlikdə çəkisi təqribən 0.3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gurcustandan-gelen-azerbaycan-vetendasinin-uzerinde-narkotik-vasite-askar-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR