Aygün 30 illik hesabat verdi: göz yaşları ilə, "Yenə tək"...

Aygün 30 illik hesabat verdi: göz yaşları ilə, "Yenə tək"...
14:19 23 Sentyabr 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımova "Crystal hall"da "Aygün - 30 il" adlı solo konsertini gerçəkləşdirib. Lent.az-ın məlumatına görə, xalq artisti gecədə sevilən mahnılarını rəqqasların müşayiəti ilə ifa edib.

 

Müğənni gecədə tamaşaçıları ilə çox az söhbət edib, 2 saatını ancaq oxumağa həsr edib. O, “30 ildir sizinlə birlikdəyəm, amma sizdən heç 30 qram da doymadım" deyib.

 

Konserti "Bəxt üzüyü" filmindən eşitdiyimiz "Bu sevgi" mahnısı ilə başlayan Aygün sonda "Sus" bəstəsini səsləndirib. "Yenə tək" mahnısını səsləndirən zaman sənətçi göz yaşlarını saxlaya bilməyib.

 

Gecədə sənət dostları da A. Kazımovanı tək qoymayıblar. Konserti izləyənlər arasında bir çox məşhur da yer alıb.

 

Qeyd edək ki, konsertin yaradıcı heyəti xaricdən dəvət olunmuşdu.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR