Pərvin Abıyeva məşqçi sevgilisindən DANIŞDI: “Ay camaat...”

Pərvin Abıyeva məşqçi sevgilisindən DANIŞDI: “Ay camaat...”
15:03 23 Sentyabr 2017
701 Şou
Ölkə mətbuatı
A- A+

"Ay Fövqi əfəndi, biz sevgili imişik, mənim niyə xəbərim yoxdur? Adam belə şeyləri xəbər edər də. Ay camaat, Fövqi mənim məşqçimdir. Özü də güclü məşqçi".

Publika.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva instaqramda yazıb. Kino ulduzu "Fitness Model" Fövqi Əfəndi sevgili olmasını inkar edib:

“Arıqlamaq və bədənini formaya salmaq istəyənlər ona müraciət edə bilər. Bizə nə bilərdik ki, fotosessiyamızdan sonra sevgili olduğumuzu iddia edəcəklər. Başın bəlalıdır, ay Fövqi... Kimlə məşq, fotosessiya etdirirsən, adını çıxarırlar. Dünən bu xəbərə bolluca güldük”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/214400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR