"Barselona"nın 20 yaşlı futbolçuya verdiyi maaş - ŞOK RƏQƏM

"Barselona"nın 20 yaşlı futbolçuya verdiyi maaş   - ŞOK RƏQƏM
15:57 23 Sentyabr 2017
151 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın Dortmund "Borussiya"sından aldığı Osman Dembelenin maaşı açıqlanıb. Fanat.Az xəbər verir ki, qalmaqallı informasiyaları ilə diqqəti çəkən "Football Leaks" bu dəfə 20 yaşlı futbolçunun müqaviləsi ilə bağlı bəzi detalları əldə edib.


Məlumatda bildirilir ki, Dembele "Barselona" ilə illik 12 milyon avro maaş nəzərdə tutan müqaviləyə imza atıb. Bu isə onun "Borussiya"dakı maaşından 5 dəfə artıqdı. Belə ki, 20 yaşlı futbolçu alman klubunda illik 2,4 milyon avro maaş alırdı.


Dembelenin müqaviləsində bonuslar da nəzərdə tutulub. Bunlardan biri 3 kubokun (La Liqa, Kral Kuboku və Çempionlar Liqası çempionluğu) birdən qazanılması halında fransalı ulduz 3,3 milyon avro bonus qazanacaq.


"Barselona" Dembele üçün "Borussiya"ya 105 milyon ödəyib. Müqavilədə həmçinin performansa bağlı olaraq 42 milyon avro bonus nəzərdə tutulub. "Barselona" futbolçunun 25, 50, 75 və 100-cü rəsmi matçlarında qarşı tərəfə 5 milyon avro ödəyəcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquotnn-20-yal-futbolcuya-verdiyi-maa-t60717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR