Lunaparkda DƏHŞƏT - FOTO

Lunaparkda DƏHŞƏT - FOTO
16:08 23 Sentyabr 2017
148 Dünya
Ölkə mətbuatı
A- A+

Lunapark əməkdaşı uşaqları xilas etmək istəyərkən xəstəxanalıq olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Amerikanın Cənubi Karolina ştatında lunaparkların birində yaşanıb.

Hərəkətdə olan atraksion qəfildən dayanıb. Lunapark əməkdaşı atraksiondakı 5-7 yaşlı uşaqları xilas etmək üçün dəmirlər vasitəsilə yuxarı qalxıb.

Qəfildən müvazinətini itirən həmin şəxs yüksəklikdən yerə düşüb. Xəstəxanaya yerləşdirilən adamın barmağının qırıldığı məlum olub. Uşaqlar isə xilasedicilər tərəfindən atraksiondan endirilib.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR