"Qarabağ"ın rəqibi İspaniya La Liqasında növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi İspaniya La Liqasında növbəti qələbəsini qazanıb
17:22 23 Sentyabr 2017
124 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Atletiko" komandası İspaniya La Liqasında VI tur matçına çıxıb. 
"Report"un məlumatına görə, Madrid təmsilçisi "Sevilya"nı qəbul edib.
"Metropolitano" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 46-cı dəqiqədə Yannik Karrasko və 70-ci dəqiqədə Antuan Qrizmann vurub. Bununla da xallarını 14-ə çatdıran "Atletiko" 2-ci pilləyə yüksəlib. Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv lider Barselona"dan bir xal geri qalır. Lakin Kataloniya komandası VI tur oyununu bu axşam keçirəcək.
Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. İki komanda arasındakı oyunlar oktyabrın 18-də Bakıda, oktyabrın 31-də Madriddə keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-in-reqibi-i-spaniya-la-liqasinda-novbeti-qelebesini-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR