Azərbaycan meşə yanğınına görə Gürcüstana helikopter göndərdi

Azərbaycan meşə yanğınına görə Gürcüstana helikopter göndərdi
17:44 23 Sentyabr 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, sentyabrın 23-də FHN-nin Aviasiya  dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri havaya qalxaraq Gürcüstan istiqamətində yola düşüb.

 

Qeyd edək ki, helikopterlər Gürcüstan hökumətinin müraciətinə əsasən, prezident İlham Əliyevin tapşırığı ilə göndərilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR