Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var

Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var
17:47 23 Sentyabr 2017
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl. 23 sentyabr. REPORT.AZ/ Göygöl rayonunda yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl Olimpiya Kompleksinin yaxınlığında baş verib. 
Belə ki, "VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn "Mercedes-Benz" markalı avtomobilə çırpılıb. Nəticədə "VAZ"ın sürücüsü və sərnişini yüngül xəsarət alsalar da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goygolde-yol-qezasi-bas-verib-xesaret-alanlar-var1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR