Rusiya kəşfiyyatı prezidenti öldürmək istəyirdi - ŞOK İDDİA

Rusiya kəşfiyyatı prezidenti öldürmək istəyirdi - ŞOK İDDİA
17:48 23 Sentyabr 2017
241 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna prezidenti Leonid Kuçmanı öldürməyə hazırlaşırdı.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu Ali Radada prezidentin sabiq nümayəndəsi Roman Bezsmertnıy “Espresso.TV”nin efirində bildirib.

“İlk dəfə 1997-ci ildə Ukrayna kəşfiyyatı prezidentin xarici səfər zamanı məhv edilməsi planı üzrə sənədləri ələ keçirib”, - Bezsmertnıy deyib.

Onun sözlərinə görə, həmin vaxt dövlətin rəhbərləri bu haqda jurnalistlərə bildirməmək qərarına gəldilər.

Diplomat qeyd edib ki, Kremldə 2005-ci ildə rəsmən prezident Viktor Yuşenkonun diskreditasiyası planı təsdiq edilmişdi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR