Azərbaycan Gürcüstana helikopter göndərdi

Azərbaycan Gürcüstana helikopter göndərdi
18:33 23 Sentyabr 2017
35 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Publika.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri havaya qalxaraq Gürcüstan istiqamətində yola düşüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/214422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR