Meksikada 6,2 bal gücündə daha bir zəlzələ olub

Meksikada 6,2 bal gücündə daha bir zəlzələ olub
18:37 23 Sentyabr 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 sentyabr. REPORT.AZ/ Meksikanın şərqində 6,2 bal gücündə zəlzələ olub.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Qeyd olunur ki, zəlzələnin episentri Oahaka ştatının Matias Romero şəhərinin cənub-şərqində yerləşib. Agentliyin məlumatına görə, zəlzələ ilə əlaqədar Meksikada həyəcan təbili çalınıb.
Daha əvvəl məlum olub ki, sentyabrın 19-da baş vermiş güclü zəlzələnin qurbanlarının sayı 286 nəfərə çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-6-2-bal-gucunde-daha-bir-zelzele-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR