DİN-in əməkdaşları mükafatlandırıldı

DİN-in əməkdaşları mükafatlandırıldı
20:33 23 Sentyabr 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyinin (DİN) xidməti idman tədbirlərinin təqvim planına əsasən bu qurumun əməkdaşları arasında keçirilən voleybol birinciliyinə sentyabrın 23-də yekun vurulub.

DİN-in mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, sentyabrın 18-də start götürən yarışın açılışında DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftahətdinova çıxış edərək Azərbaycan idmançılarının ən mötəbər yarışlarda qazandıqları qələbələr, keçirilən idman tədbirlərinin miqyası və yaradılan infrastruktura görə respublikamızın dünyada idman ölkəsi kimi tanındığını qeyd edib.

Bildirilib ki, bütün bu uğurların əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, dövlətimizin başçısının uğurla davam və inkişaf etdirdiyi düzgün siyasət, sosial rifah, vətəndaşlara göstərilən diqqət və qayğı dayanır. Son illər istər Olimpiya, istərsə də qeyri-Olimpiya idman növlərində çempionlarımızın və medallarımızın sayı durmadan artır. Xarici mütəxəssislər də etiraf edirlər ki, əldə etdiyi qələbələrlə əhalisinin sayına və ərazisinə görə Azərbaycan özündən daha böyük dövlətləri də qabaqlayır. Sevindirici haldır ki, daxili işlər orqanlarında da idmanın inkişafına xüsusi diqqət yetirilir, İdman Cəmiyyətinə göstərilən doğma münasibət, yüksək diqqət və qayğı polis idmançılarımızı yeni-yeni zirvələr fəth etməyə sövq edir.

Sonra yarışlara start verilib.

DİN İdman Cəmiyyətində keçirilən yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən, ümumilikdə, yeddi komanda iştirak edib.

Maraqla izlənilən yarışın baş mükafatını DİN Baş Mühafizə İdarəsinin komandası qazanıb. Komandanı bu yarışa polis polkovnik-leytenantı Hüseyn Mansurov hazırlayıb. Polis baş leytenantı Nazim Musayevin rəhbərliyi ilə yarışlara hazırlaşan Bakı Şəhər Baş Polis İdarəsinin komandası ikinci, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayevin rəhbərlik etdiyi komanda isə üçüncü yerdə qərarlaşıb.

Tədbirlə bağlı təəssüratlarını bölüşən yarışın baş hakimi, DİN İdman Cəmiyyətinin idmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, komandaların ildən-ilə təcrübələrini artırdığını diqqətə çatdırıb.

Sonda qaliblərə kubok, medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/214431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR