İngiltərə Premyer Liqası: "Çelsi" "Stok Siti"yə böyük hesabla qalib gəlib

İngiltərə Premyer Liqası: "Çelsi" "Stok Siti"yə böyük hesabla qalib gəlib
21:27 23 Sentyabr 2017
156 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Çelsi" klubu İngiltərə Premyer Liqasında VI turun oyununu keçirib.
"Report"un məlumatına görə, "zadəganlar" "Stok Siti"nin qonağı olub.
Stok-on-Trentedəki "Britannia" stadionunda təşkil olunmuş qarşılaşma "Çelsi"nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Qolların 3-ü yeni transfer Alvaro Morata vurub. O, 2-ci, 77-ci və 82-ci dəqiqələrdə fərqlənib. Daha bir qola isə 30-cu dəqiqədə isə Pedro Rodriges imza atıb.
Bu qələbə sayəsində xallarını 13-ə çatdıran "Çelsi" 3-cü pillədə qərarlaşıb. "Stok Siti" isə 5 xalla 15-cidir.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/celsi-klubu-stok-siti-ye-boyuk-hesabla-qalib-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR