Türkiyə Böyük Millət Məclisi keçirdiyi növbədənkənar iclasda hökumətin İraqın şimalında və Suriyada Türkiyə hərbiçilərinin hərbi əməliyyatlar keçirilməsi mandatını bir il müddətinə uzadıb. APA-nın məlumatına görə, qeyd olunan mandat hökumətə 2012-ci ilin oktyabrın 4-də Türkiyənin Suriya ilə sərhəd bölgələrində yaşayan sakinlərini hücum və raket zərbələrindən müdafiə etmək məqsədilə verilib.
Qeyd edək ki, İraqın şimalındakı kürd muxtariyyəti sentyabrın 25-nə müstəqillik referendumu təyin edib.