Salyanda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb

Salyanda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb
22:17 23 Sentyabr 2017
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 23 sentyabr. REPORT.AZ/ Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhər 4 saylı tam orta məktəbin yaxınlığında qeydə alınıb. 
Belə ki, Neftçalanın Aşağı Surra kənd sakiini, 74 yaşlı Həmid Yusif oğlu Əhmədov idarə etdiyi minik avtomobili ilə işçiləri evə gətirən zaman yan tərəfdən “Mersedes” markalı avtomobil vurub. Nəticədə sürücü də daxil olmaqla Salyan şəhər sakinləri, 51 yaşlı Səmayə Nəbi qızı Abışova, 39 yaşlı Təranə Qğrib qızı Xudiyeva və 68 yaşlı Cəmilə Hüseyn qızı Eyvazova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onlara ilk tibbi yardım göstərilib. Üç nəfər ambulator müalicəyə buraxılıb. Cəmilə Eyvazovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, xəsarət alanlar Salyan mənzil istismarı idarəsinin ( kommunuxoz) işçiləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-bas-vermis-yol-qezasinda-4-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR