Qəzada növbəti ağır xəsarət

Qəzada növbəti ağır xəsarət
22:49 23 Sentyabr 2017
190 Digər
Ölkə mətbuatı
A- A+

Salyanda baş verən qəzada 68 yaşlı qadın ağır xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Aşağı Surra kənd sakini, 1943-cü il təvəllüdlü Əhmədov Həmid Yusif oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil  “Mercedes” markalı avtomobillə toqquşub.  Nəticədə  “VAZ 2106” markalı avtomobildə olan sərnişin, 1949-cu il təvəllüdlü Eyvazova Cəmilə Hüseyn qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib. VAZ 2106  markalı avtomobilin sürücüsü və digər 2 sərnişin yüngül xəsarətlər alıb.

 

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR