"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

"Məncə, hakimin o qərarı düzgün deyildi"  - Zaur Svanadze
22:57 23 Sentyabr 2017
191 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının 6-cı turunda səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçəyə razılaşan “İnter”in baş məşqçisi Zaur Svanadze görüşün ardından ənənəvi mətbuat konfransına qatılıb. Fanat.Az xəbər verir ki, gürcü çalışdırıcı matç haqda danışıb: 


"İlk yarıda yaxşı oynadıq. Pis təsir bağışlamadıq, inamla mübarizə apardıq. Belə desək, "qırmızı" alana qədər işlər qaydasındaydı. Fasilədən sonra azlıqda oynamağa məcbur idik. “Zirə” ikinci hissədə çox təzyiq etdi. Burda bir xal qazanmağımızı yaxşı nəticə sayıram. Uşaqlara oyuna görə təşəkkür edirəm. Yeri gəlmişkən, İlkinin ilk sarı vərəqəni aldığı epizodda ona vərəqə verilməyə bilərdi. Məncə, hakimin o qərarı düzgün deyildi. Qarşıda çətin oyunlarımız var. Növbəti görüşdə Qırtımov cəza üzündən meydana çıxmayacaq. Təəssüf ki, Nizaminin də zədəsi ciddiyə oxşayır. Böyük ehtimalla, o da oynayamayacaq".



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmnc-hakimin-o-qrar-duzgun-deyildiquot-t60722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR