Topaz Premyer Liqasının 6-cı turunda öz meydanında “İnter”lə 1:1 hesablı bərabərə qalan “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında heç-heçəni dəyərləndirib. Fanat.Az xəbər verir ki, gənc mütəxəssis belə deyib:
"Oyun çətin alındı. “İnter”lə oyunlarımız həmişə gərgin keçir. Əlbəttə ki, qarşı tərəfi təhlil etmişdik. Rəqibin standart vəziyyətlər zamanı yaxşı oynadığını bilirdik. Buna xüsusi hazırlaşmışdıq. Təəssüf ki, qolu elə standart vəziyyətdən buraxdıq. Ümumiyyətlə, ilk yarıda uşaqların oyunu məni qane etmədi. "İnter" azlıqda qaldıqdan sonra üstünlüyü ələ aldıq. Bərabərliyi də təmin etdik. Qoldan sonra da imkanlarımız var idi. Ancaq qələbə topunu vurmaq mümkün olmadı. “İnter” çempionatda ən yaxşı müdafiə olunan komandalardan biridi".
Fanat.Az