Bakı və Masallıda ev yandı

Bakı və Masallıda ev yandı
23:19 23 Sentyabr 2017
197 Digər
Ölkə mətbuatı
A- A+

Bakı və Masallıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə, taxtadan ibarət arakəsmə divarları 25 m2 sahədə yanıb. Yüksək temperaturdan 2 otaq və dəhliz 40 m2 sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Masallı rayonu, Ərkivan kəndində ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 60 m2 sahədə və dam örtüyü 70 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284053

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR