"Zirə" say üstünlüyündən yararlana bilmədi

"Zirə" say üstünlüyündən yararlana bilmədi
23:48 23 Sentyabr 2017
208 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilib.

Publika.az xəbər verir ki, liderliyini geri qaytarmaq istəyən "Zirə" "İnter"lə üz-üzə gəlib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 21-ci dəqiqədə qonaq komandanın futbolçusu Sertan Taşkın açıb. Lakin 43-cü dəqiqədə Zaur Svanadzenin baş məşqçi olduğu kollektiv İlkin Qırtımovun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb.

"Zirə" say üstünlüyündən ikinci hissədə yararlanıb. 67-ci dəqiqədə Yovan Krneta bərabərlik qolunu vurub. Bununla da xallarını 14-ə çatdıran baş məşqçi Ayxan Abasovun komandası 2-ci pillədə qalıb. 8 xala malik "İnter" isə 4-cüdür.

Günün ilk oyununda isə "Səbail" "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəllib. Yeganə qolu 60-cı dəqiqədə Elman Taqayev vurub. Beləliklə, xallarını 6-ya çatdıran "Səbail" 6-cı pillədə möhkəmlənib. "Kəpəz" isə 1 xalla sonuncudur.

Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" "Sumqayıt"ı darmadağın edib - 4:1. Son oyun isə sentyabrın 24-də "Qəbələ" ilə "Neftçi" arasında keçiriləcək.

Azərbaycan Premyer Liqası, VI tur

23 sentyabr

17:30. "Səbail” - "Kəpəz” - 1:0

Qol: Elman Taqayev, 60

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Fazil Mürşüdov

"Dalğa Arena”

20:00. "Zirə” – "İnter” - 1:1

Qollar: Yovan Krneta, 67 - Sertan Taşkın, 21

Qırmızı vərəqə: İlkin Qırtımov, 43 ("İnter")


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/214444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR