Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb
01:27 24 Sentyabr 2017
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 sentyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 1 əkin sahəsinə və dəmir yolu xəttinin kənarına, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.
"Report" ANAMA-ya istinadən xəbər verir ki, 616 ədəd partlamamış hərbi sursat (PHS), 93 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 284 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 58 000 kv.m (5.80 ha) ərazi yoxlanılmışdır.
Ümumiyyətlə, 28 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 33 əkin sahəsinə, 11 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilmiş, 9 827 ədəd partlamamış hərbi sursat (PHS), 4 038 ədəd partlamış-yanmış sursat qalıqları və 15 294 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 39 089 588 kv.m (3 908.96 ha) ərazi yoxlanılmışdır.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/xizida-616-eded-partlamamis-herbi-sursat-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR