Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1
01:37 24 Sentyabr 2017
215 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 sentyabr. REPORT.AZ/ Türkiyə Super Liqasının VI turunda "Fənərbağça" və "Beşiktaş" komandaları üz-üzə gəlib.
"Report"un məlumatına görə, "Şükrü Saracoğlu" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
18-ci dəqiqədə baş hakim Ali Palabıyık "Fənər"in lehinə penalti təyin edib. Buna Qari Medelin müdaxiləsindən sonra Vinsent Yansenin yerə yıxılması səbəb olub. Culiano şansını qaçırmayıb.
43-cü dəqiqədə "Beşiktaş" azlıqda qalıb. Rikardu Kuarejma 2 dəqiqə ərzində 2 sarı vərəqə alaraq, meydandan qovulub. 45-ci dəqiqədə isə Netu sonuncu ümid folu səbəbindən qırmızı vərəqə alıb və beləliklə, "Fənər" də azlıqda qalıb.
Gərginlik fasilədən sonra da davam edib. 67-ci dəqiqədə "qara qartallar"ın baş məşqçisi Şenol Güneş referini təhqir etdiyi üçün tribunaya göndərilib. 85-ci dəqiqədə isə top cərimə meydançası daxilində Atiba Hançinsonun əlinə dəydiyi üçün Palabıyık "Beşiktaş"ın qapısına növbəti penalti təyin edib. Hatçinson isə meydandan qovulub. Yansen penaltini qola çevirərək, "sarı-lacivərdlilər"i 2:0 hesabı ilə önə çıxarıb.
Bundan 1 dəqiqə sonra Rayan Babel "Beşiktaş"ın təsəlli qolunu vurub.
88-ci dəqiqədə isə meydan sahibləri də İsmayıl Köybaşının Oğuzhan Özyakuba qarşı sərt oyunu səbəbindən 9 oyunçu ilə qalıb. Matçın ardından Özyakub baş hakimə etiraz etdiyi üçün qırmızı vərəqə alıb.
Beləliklə, 2 penalti, 5 qırmızı vərəqə və 3 qolla yadda qalan derbidə "Fənərbağça" 2:1 hesablı qələbə qazanaraq, 11 xalla 3-cü piləyə yüksəlib. İlk məğlubiyyət alan "Beşiktaş" isə 13 xalla 2-cidir.   


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/turkiye-super-liqasi-fenerbagca-besiktas-2-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR