Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur
03:07 24 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Paris. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanın Dostları Assosiasiyasının və Azərbaycan Evinin təşkilatçılığı ilə Parisdə keçirilən "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə Azərbaycanın zəngin mədəni irsindən nümunələr, dadlı-ləzzətli xörəklərin və içkilərin dequstasiyası, satışı ilə yanaşı, milli rəqslər də ifa edilib.
"Report"un Fransa bürosu məlumat verir ki, Parisdə Azərbaycan məktəbinin şagirdləri Səma və Ümid Müqəddəm "Uzundərə", "Naz eləmə" və digər Azərbaycan rəqslərini Sena çayının sahilində təşkil edilmiş, 40 ölkənin təmsil edildiyi "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə ifa ediblər.
Şəhərcikdə milli adət-ənənələrimizə uyğun bəzədilmiş məkanda milli mətbəximizdən nümunələr təqdim edilir, süfrə mədəniyyəti, milli sənətkarlıq nümunələri, geyim və bəzək əşyaları nümayiş olunur.
Şəhərciyə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Fransua Mansel, Paris şəhər və 7-ci rayon meriyalarının nümayəndələri, eləcə də iştirakçı ölkələrin səfirləri gəliblər.
"Beynəlxalq Qastronomiya şəhərciyi"nin yaradıcı və təşkilatçısı Miryam Sittanova "Report"a bildirib ki, şəhərcik müxtəlif xalqlar arasında mədəni irslərin mübadiləsinə, xüsusilə Parisdə, müxtəlif mənşəli insanların coxluq təşkil etdiyi bir şəhərdə tolerantlıq, multikulturalizmin daha da möhkəmlənməsinə xidmət edir: "Nümayiş olunan sənətkarlıq nümünələri Azərbaycanın zəngin mədəni irsindən xəbər verir. Mətbəxiniz çoxçeşidli və ləzzətlidir. Tədbirin təşkili zamanı azərbaycanlı dostlarımızla ünsiyyətmiz zamanı Azərbaycan xalqının yüksək insani dəyərlərə sahib olduğunu bir daha təsdiqlədik. Sizin pavilyonunuzun qarşısındakı tamaşaçıların sayının hədsiz çoxluğu ölkənizə, mədəniyyətinizə bəslənilən yüksək maraqdan xəbər verir".
İkinci ildir ki, uğurla həyata keçirilən "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə gələn il daha çox ölkənin nümayəndələrinin iştirakı planlaşdırılır.
Vüsalə İsmətqızı













Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/azerbaycan-fransada-beynelxalq-qastronomiya-seherciyi-nde-temsil-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR