Azərbaycan və Səudiyyə Ərəbistanı xarici işlər nazirinin görüşü olub

Azərbaycan və Səudiyyə Ərəbistanı xarici işlər nazirinin görüşü olub
11:22 24 Sentyabr 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil Əl-Cubeyr ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə iki ölkə arasında münaibətlərin hazırkı səviyyəsindən, xüsusən son illər turizm, kənd təsərrüfatı, sərmayələr sahəsində ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib.
2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə xarakterizə olunduğu diqqətə çatdırılıb.
Nazirlər İƏT çərçivəsində birgə fəaliyyəti təqdir etdilər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazir Elmar Məmmədyarov ölkəmizin islam həmrəyliyinə verdiyi töhfələrdən danışıb və bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan olunduğunu, bu il Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini qeyd edib. Nazir, həmçinin, Azərbaycanın Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.
Nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana təcavüzü, işğala əsaslanan mövcud status-kvonu saxlamaq siyasəti, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsini, İslam dininə aid abidələri vəhşicəsinə məhv etməsi, Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca mülki insanları, o cümlədən uşaqları və qadınları hədəfə alan əməlləri barəsində həmkarına məlumat verib. Elmar Mammadyarov Səudiyyə Ərəbistanının ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini ardıcıl surətdə dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR