İstanbul derbisində 2 penalti, 5 "qırmızı" - VİDEO

İstanbul derbisində 2 penalti, 5 "qırmızı" -   VİDEO
11:27 24 Sentyabr 2017
127 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasında mövsümün ilk İstanbul derbisi baş tutub. Fanat.Az xəbər verir ki, ötən axşam "Fənərbaxça" "Beşiktaş"ı qəbul edib.


Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Fənərbaxça" hər iki qolu penaltidən vurub. 20-ci dəqiqədə Giuliano, 86-cı dəqiqədə Vinsent Yanssen zərbəni dəqiq yerinə yetirib. "Beşiktaş"ın qoluna isə 87-ci dəqiqədə Rayan Babel imza atıb.


Oyunda 5 qırmızı vərəqə qeydə alınıb. "Fənərbaxça"dan Luis Neto (45-ci dəqiqə) və İsmail Köybaşı (88), "Beşiktaş"dan Rikardo Kuareşma (43), Atiba (85) və Oğuzhan Özyakup (90) meydandan qovulub.


Qeyd edək ki, 6 turdan sonra "Beşiktaş" 13 xalla "Qalatasaray"la 1-2-ci pillələri bölüşür. "Cim-Bom" VI turun oyununu bu gün səfərdə "Bursaspor"a qarşı keçirəcək. "Fənərbaxça" isə 11 xalla 3-cü pilləni tutur.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-stanbul-derbisind-2-penalti-5-quotqrmzquot-t60725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR