Taliban silahlıları polis məntəqəsinə hücum etdi

Taliban silahlılarının Əfqanıstanın Qəznə vilayətindəki polis məntəqəsinə hücumu nəticəsində 5 polis həyatını itirib.

Metbuat.az bildirir ki, Qarabağ qəsəbəsində baş tutan hücum zamanı daha 8 nəfər yaralanıb. Bölgəyə əlavə qüvvə göndərildikdən sonra silahlılar geri çəkilməyə məcbur olub.

Taliban terrorçularının da itki verdiyi deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR