Türkiyədə öz qızına təcavüz etməkdə günahlandırılan 62 yaşlı Osman Abacı dərman içərək intihar edib.
Metbuat.az bildirir ki, hadisə Samsun şəhərinin Bafra mahalında baş verib. 1 həftə əvvəl uşaq dünyaya gətirən 36 yaşlı L.A. polisə atasının ona təcavüz etməsi haqda məlumat verib. Bunu eşidən ata intihara əl atıb.
Həmin şəxsin cəsədi müayinə üçün xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.